ABŞ və İran “çərçivə müqaviləsi” üzərində işləyir

Dünya

24.05.2025 15:40

Vaşinqton və Tehran arasında yeni nüvə razılaşmasına doğru ilk addım kimi nəzərdə tutulan çərçivə sazişi üzərində danışıqlar aparılır.

TodayPress TV xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri mənbələrə istinadla məlumat yayıb. 

Nəşrin yazdığına görə, İran tərəfi bu müqavilənin yeni və daha genişmiqyaslı nüvə razılaşmasına yol aça biləcəyinə inanır. Tehran sənədə mülki nüvə proqramına sahib olmaq hüququnun təsdiqini və nüvə silahı hazırlamaq niyyətindən imtina ilə bağlı öhdəliyin daxil edilməsini istəyir.

Bundan əlavə, sazişdə İranın nüvə obyektlərində yoxlamaların aparılmasına icazə verməsi də mümkün şərtlər arasında göstərilir.

ABŞ tərəfi isə bu ara razılaşmada konkret məqsədlərin və onların həyata keçirilməsini təmin edəcək texniki qrupların fəaliyyət planının yer almasını vacib sayır. Müzakirələr zamanı əsas mübahisə mövzusu kimi İranın uranı zənginləşdirmə hüququ qalır.

Qiymət Mahir

tag: ABŞ ,İran ,Vaşinqton ,Tehran ,Nüvə,todaypress.tv,