Qəzzada daha 4 jurnalist öldü

Dünya

11.08.2025 10:43

Qətərin “Əl-Cəzirə” telekanalının 4 əməkdaşı İsrail Müdafiə Qüvvələrinin (IDF) Qəzza zolağında həyata keçirdiyi hava zərbəsi nəticəsində həyatını itirib. 

TodayPress TV xəbər verir ki, bu barədə telekanal məlumat yayıb.

İlkin məlumatlara görə, pilotsuz təyyarə Əl-Şifa xəstəxanası yaxınlığında jurnalistlərin yerləşdiyi çadıra zərbə endirib.

Həlak olanlar arasında reportyorlar Ənəs Əl-Şərif və Məhəmməd Kreyka, eləcə də iki operator var. Hücum nəticəsində ümumilikdə 7 nəfər ölüb.

İsrail ordusu isə açıqlamasında bildirib ki, zərbə HƏMAS-ın hücumlarına görə məsuliyyət daşıyan və "jurnalist kimi təqdim olunan terrorçuya" qarşı yönəlib.

Xatırladaq ki, bundan əvvəl İsrailin hərbi-siyasi kabineti Baş nazir Binyamin Netanyahunun Qəzzanı tamamilə işğal etmək planını təsdiqləyib.

Türkan İsgəndərli

tag: Qətər,İsrail,Qəzza,Jurnalist,Todaypress.tv,