ABŞ və Çin İrana qarşı EYNİ MÖVQEDƏ: Qapalı danışıqlar aparıldı

ABŞ və Çin İrana qarşı EYNİ MÖVQEDƏ: Qapalı danışıqlar aparıldı
01.09.2026 18:16 Dünya

ABŞ və Çin İran ətrafındakı vəziyyətlə bağlı məsləhətləşmələr aparır və bir çox məsələdə həmrəydirlər.

TodayPress TV xəbər verir ki, bu barədə ABŞ maliyyə naziri Skott Bessent Aşvildə keçirilən G20 ölkələrinin maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin iclası çərçivəsində jurnalistlərin suallarını cavablandırarkən bildirib.

“Hamı məndən soruşur: “Bəs Çin necə?” Mən cavab verirəm: “İran məsələsində Çinlə bizim fikir ayrılıqlarımızdan daha çox ortaq cəhətlərimiz var. Çin İranın nüvə silahına malik olmamalı olduğu ilə razıdır. Çin Hörmüz boğazında gəmiçiliyin azadlığının təmin edilməli olduğu ilə razıdır. Buna görə də biz bu məqsədlərə nail olmaq üçün onlarla qapalı danışıqlar aparmışıq”, - deyə maliyyə naziri bəyan edib.

Aysel Mətləb

XƏBƏR LENTİ
01 SENTYABR 2026
Bütün Xəbərlər