ABŞ Ukraynaya “Tomahawk” verə bilər

Dünya

29.09.2025 15:36

Donald Tramp Ukraynaya Rusiya ərazisinin dərinliklərinə zərbələr endirmək üçün uzaqmənzilli silahlardan istifadə etmək səlahiyyəti verə bilər.

TodayPress TV "Gazeta.ru"ya istinadən xəbər verir ki, ABŞ Prezidentinin xüsusi elçisi Keyt Kelloq  ABŞ rəsmilərinin “Tomahawk” raketlərinin Kiyevə tədarükünü müzakirə etdiklərini bildirib. 

Kelloq Trampın Ukraynaya Rusiya ərazisinin dərinliklərindəki hədəflərə zərbə endirmək üçün uzaqmənzilli silahlardan istifadə səlahiyyəti verə biləcəyini deyib və “Rusiya üçün toxunulmaz yerlər yoxdur” ifadəsini səsləndirib.

Eyni zamanda ABŞ rəsmiləri Ukraynaya “Tomahawk” qanadlı raketlərinin tədarükünü müzakirə etdiklərini bildirirlər.

Həmçinin Kreml bu iddiaları diqqətlə təhlil etdiyini açıqlayıb. Kremlin sözçüsü Dmitri Peskov vurğulayıb ki, bu raketlərin kim tərəfindən və necə buraxılacağı, hədəflərin kim tərəfindən təyin ediləcəyi mühüm suallardır.

Hərbi ekspertlər bildirirlər ki, “Tomahawk” kimi sistemlərin effektiv istifadəsi yüksək səviyyəli kəşfiyyat və texniki dəstək tələb edir. Onların döyüşə cəlb olunması ABŞ-nin iştirakı və məsuliyyətini əhəmiyyətli dərəcədə artırar.

Ehtiyatda olan polkovnik Mixail Xodarenokun fikrincə, belə tədarüklər Rusiyanın hərbi-siyasi rəhbərliyi üçün mövcud məhdudiyyətləri aradan qaldıra, gərginliyi daha da yüksəldə bilər.

Qeyd olunur ki, bu mövzu hələ rəsmi qərara bağlanmayıb və bəzi açıqlamalar siyasi rəftar və fərdi şərh kateqoriyasına aid edilir. 

Jalə Rövşən 

TodayPress TV

tag: "Tomahawk",Donald Tramp,Ukrayna-Rusiya,TodayPressTV,