Tramp administrasiyasında mütəxəssis çatışmazlığı var
Dünya
13.08.2025 12:45
ABŞ Prezidenti Donald Trampın administrasiyasında yüksək vəzifəli şəxslər arasında Rusiya və Ukrayna üzrə ixtisaslaşmış mütəxəssislərin çatışmazlığı müşahidə olunur.
TodayPress TV xəbər verir ki, “Financial Times” nəşri bu barədə ABŞ-nin Bolqarıstandakı keçmiş səfiri Erik Rubinə istinadən yazıb.
Onun sözlərinə görə, Trampın qərarverici komandasındakı məsləhətçilər arasında Rusiya və Ukrayna üzrə mütəxəssis yoxdur.
Nəşr qeyd edir ki, Moskva ilə danışıqlar ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoffa həvalə olunub. Xarici siyasət sahəsində böyük təcrübəsi olmayan Uitkoff region üzrə mütəxəssislərin kənarlaşdırılmasından sonra bu vəzifəni icra edir. "FT"nin fikrincə, bu vəziyyət Trampın kadr siyasətində iş təcrübəsindən çox əməkdaşların şəxsi loyallığına üstünlük verməsi ilə bağlıdır.
Məlumata görə, 15 avqustda Alyaskada keçiriləcək Tramp–Putin görüşündə ABŞ tərəfdən Rusiya üzrə ekspertlərin iştirakı ehtimalı azdır. Görüşdə liderlərin Ukrayna böhranının uzunmüddətli sülh yolu ilə həlli variantlarını müzakirə edəcəyi gözlənilir.
Qiymət Mahir
tag: ABŞ ,Donald Tramp,Erik Rubin,Tramp,Todaypress.tv,