ABŞ Ukrayna üçün “kritik aylar” elan etdi

Dünya

09.07.2025 10:14

ABŞ-nin hərbi yardımını bərpa etməsinə baxmayaraq, Ukraynanı qarşıdakı aylarda kritik və qeyri-müəyyən dövr gözləyir.

TodayPress TV xəbər verir ki, bu barədə “CNN” telekanalı öz təhlilində bildirib.

Kanal ABŞ Prezidenti Donald Trampın Ukraynaya silah tədarükünü davam etdirmək qərarını müsbət qiymətləndirsə də, bu yardımın Ukraynanın vəziyyətini ciddi şəkildə dəyişəcəyinə inamın az olduğunu vurğulayıb.

Məlumatda qeyd olunur ki, prezident Volodimir Zelenski Rusiyanın ballistik raketlərinə qarşı effektiv mübarizə aparmaq üçün əlavə “Patriot” hava hücumundan müdafiə sistemlərinə ciddi şəkildə ehtiyac duyur.

“CNN” hesab edir ki, Trampın Ukraynaya silah göndərilməsi və Rusiya prezidenti Vladimir Putinə qarşı sərt çıxışları ABŞ-nin son onilliklərdəki xarici siyasət ənənəsinə – Rusiyaya qarşı müqavimət prinsipinə qayıdış kimi qiymətləndirilə bilər.

Qiymət Mahir

tag: Ukrayna,Donald Tramp,ABŞ,Volodimir Zelenski,Todaypress.tv,