ABŞ strateji bombardmançıları Norveçə yerləşdirildi

Dünya

12.08.2025 17:58

ABŞ Hərbi Hava Qüvvələrinin üç "B-1B Lancer" strateji bombardmançı təyyarəsi avqustun 9-da Norveçin Orland aviabazasına gəlib.

TodayPress TV xəbər verir ki, bu baza Rusiya ilə sərhədə yaxın yerləşir. 

Yerləşdirmə qərarı ABŞ prezidenti Donald Tramp tərəfindən verilib və NATO-nun Birgə Hava Komandanlığının (AIRCOM) rəsmi saytında açıqlanıb.

Təyyarələr Texas ştatındakı Dyess Hərbi Hava Bazasından uçaraq Bombardmançı İşçi Qrupunun son rotasiyası çərçivəsində Avropaya göndərilib. Təlimlərin əsas məqsədi NATO müttəfiqləri ilə birgə hazırlıq və koordinasiyanın gücləndirilməsidir.

Bombardmançılar Norveçdə olduqları müddətdə bir sıra hərbi missiyalarda iştirak edəcəklər və müttəfiq komandanlıq altında müxtəlif ssenarilər üzrə əməliyyatlar həyata keçirəcəklər. Bu addım NATO-nun şimal cinahında hərbi varlığını gücləndirməsi kimi qiymətləndirilir.

Türkan İsgəndərli

tag: ABŞ,Norveç,Rusiya,NATO,Todaypress.tv,