ABŞ Rusiyaya dərman və protez ixracını dayandırır

Dünya

28.07.2025 12:46

ABŞ Konqresinin Nümayəndələr Palatasına yeni qanun layihəsi təqdim olunub. Sənəddə Rusiya Federasiyasına narkotik vasitələrin və protezlərin ixracının qadağan edilməsi təklif olunur. 

TodayPress TV xəbər verir ki, bu barədə məlumat ABŞ Konqresinin rəsmi saytında yerləşdirilib.

Qanun layihəsi Texas ştatından respublikaçı konqresmen Morqan Luttrel tərəfindən irəli sürülüb. Sənəd hazırda Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinə baxılması üçün təqdim olunub.

Layihənin təsvirində bildirilir ki, təklif olunan qadağa Rusiyaya dərman vasitələri və protez məhsullarının ixracının tamamilə dayandırılmasına yönəlib.

Qeyd edək ki, artıq 2024-cü ilin yanvar-noyabr aylarında Rusiya ABŞ-dən əczaçılıq məhsullarının idxalında ciddi azalma qeydə alıb. ABŞ Statistika Agentliyinin məlumatına görə, bu dövrdə idxalın həcmi 2023-cü ilin eyni dövrü ilə müqayisədə təxminən üç dəfə azalaraq 13,2 milyon dollar olub. 

Türkan İsgəndərli

tag: ABŞ,Qanun,Narkotik,Rusiya,Todaypress.tv,