ABŞ-nin "B-2 Spirit” bombardmançıları Hind okeanına yönəldildi

Dünya

21.06.2025 16:37

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “B-2A Spirit” strateji stels-bombardmançıları Missuri ştatındakı “Whiteman” aviabazasından havaya qalxaraq Hind okeanında yerləşən Dieqo-Qarsiya hərbi bazasına yönəlib.

TodayPress TV xəbər verir ki, bu barədə “UK Defence Journal” nəşri məlumat yayıb.

Nəşr uçuş izləmə resurslarına əsaslanaraq bildirir ki, iki qrupda cəmləşən dörd yanacaq tanker təyyarəsi bombardmançılarla Kanzas üzərində birləşib.

Qeyd olunur ki, "B-2" təyyarələri “MYTEE21” çağırış kodundan istifadə edib – bu kod daha əvvəl də “görünməz” bombardmançıların missiyaları ilə əlaqələndirilib.

“UK Defence Journal” onu da vurğulayır ki, son həftələr ərzində regiona onlarla ABŞ hərbi təyyarəsi, o cümlədən qırıcılar, yanacaq daşıyan təyyarələr və kəşfiyyat vasitələri yerləşdirilib.

Qiymət Mahir

tag: ABŞ,“B-2A Spirit”,Təyyarə, Hərbi Hava Qüvvələri,Todaypress.tv,