ABŞ NATO-nu Ukraynaya “qapılarını bağlamağa” çağırdı

Dünya

21.06.2025 09:12

“Foreign Affairs” jurnalında dərc olunan məqalədə bildirilir ki, NATO ölkələri Rusiya ilə birbaşa münaqişəyə səbəb ola biləcək risklərdən qorxduğu üçün Ukraynanın alyansa üzvlüyünü reallaşdırmaq niyyətində deyil.

TodayPress TV xəbər verir ki, məqalədə Alyansın Kiyevə daha əvvəl verdiyi vədlərə baxmayaraq, NATO daxilində Ukraynanın üzv qəbul olunması ilə bağlı konsensusun mövcud olmadığı və yaxın gələcəkdə bu məsələnin gündəmə gəlməsinin az ehtimal olunduğu qeyd olunur.

“NATO ölkələri açıq şəkildə bildiriblər ki, Ukraynanı qorumaq naminə Rusiya ilə müharibəyə girmək niyyətində deyillər”, – deyə məqalədə vurğulanır.

Jurnal yazır ki, Avropa ölkələrinin Ukraynanın NATO-ya daxil olması ilə bağlı “səhnələşdirilmiş vədləri” əslində Kiyevin mövqeyini daha da zəiflədir və bu məqsədin uğursuzluğa düçar olacağını öncədən göstərir.

Müəllifin fikrincə, Ukraynanın NATO-dan imtina etməsi atəşkəs danışıqlarını asanlaşdıra, həmçinin Qərb ölkələrinin Kiyevlə daha səmimi və real yanaşma əsasında danışmasına şərait yarada bilər:

“Reallığı etiraf etməyin vaxtıdır. NATO-ya üzvlüklə bağlı vədlər yerinə yetirilməyəcək", – deyə məqalə nəticələnir.

Qiymət Mahir

tag: NATO ,Rusiya,Kiyev,Ukrayna,Todaypress.tv,