ABŞ məktəblərində məşhur kitablar qadağan edilir

Dünya

03.10.2025 19:30

2024-2025-ci tədris ili ərzində ABŞ məktəblərində 6800-dən çox kitabın müvəqqəti və ya daimi qadağaya məruz qaldığı bildirilir. 

TodayPress TV xəbər verir ki, bu barədə "PEN America" hesabat yayıb.

Qadağaların təxminən 80 faizi Florida, Texas və Tennessi ştatlarında tətbiq olunub. Bu ştatlarda məktəblər və kitabxanalar üçün yeni məhdudlaşdırıcı qanunlar qəbul edilib. 

Hesabatda məşhur yazıçı Stiven Kinq də adıçəkilən müəlliflər arasında yer alıb. Onun “Kerri” və “Müqavimət” də daxil olmaqla, 206 dəfə senzuraya məruz qalan 87 əsəri qeyd olunub. Ən çox qadağan edilən kitab isə Entoni Burgesin klassik “A Clockwork Orange” əsəridir.

Qadağaların əsas səbəbləri kimi LGBT+ mövzuları, irqi məsələlər, zorakılıq və cinsi oriyentasiya ilə bağlı məzmun göstərilir. 

"PEN America" bu tendensiyanın azad söz və ifadə azadlığı üçün ciddi narahatlıq doğurduğunu bildirir.

Türkan İsgəndərli

TodayPress TV

tag: ABŞ,Kitab,Yazıçı,Qadağa,Todaypress.tv,