ABŞ konqresmeni: "Rusiya ilə ticarət əlaqələrinin olmaması üçün səbəb yoxdur"

Dünya

03.10.2025 09:54

"ABŞ və Rusiya arasında tam hüquqlu ticarət əlaqələrinin olmaması üçün heç bir səbəb yoxdur".

TodayPress TV "Gazeta.ru"-ya istinadən xəbər verir ki, bu sözləri ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Anna Paulina Rusiya Prezidenti Vladimir Putinin münasibətlərin bərpası ilə bağlı bəyanatını şərh edərkən sosial şəbəkədə yazıb.

Xatırladaq ki, Vladimir Putin oktyabrın 2-də “Valday” Beynəlxalq Diskussiya Klubunun iclasında çıxışı zamanı Rusiyanın ABŞ ilə münasibətləri bərpa etməkdə maraqlı olduğunu bəyan edib. Onun sözlərinə görə, Tramp administrasiyası öz maraqlarını rəhbər tutur və bu, rasional yanaşmadır.

Bundan əvvəl ABŞ vitse-prezidenti C.D.Vens də Trampın mövqeyinə toxunaraq, Ukraynadakı münaqişə həll ediləcəyi təqdirdə Rusiya ilə iqtisadi əlaqələrin gücləndirilə biləcəyini qeyd etmişdi.

Jalə Rövşən

TodayPress TV

tag: Anna Paulina,Rusiya-ABŞ,Vladimir Putin,TodayPressTV,