Türkiyədə mason lideri saxlanıldı

Dünya

17.10.2025 16:24

Türkiyədə "Can Holdinq"ə qarşı aparılan ikinci əməliyyat çərçivəsində 26 nəfər saxlanılıb.

TodayPress TV Türkiyə KİV-ə istinadən xəbər verir ki, saxlanılanlar arasında Türkiyədə Masonlar Dərnəyinin sədri Rəmzi Sanver diqqət çəkib.

Sanver dərnəkdə “Böyük ustad” tituluna malikdir. Dərnəyin saytında onun fəaliyyəti belə izah olunur: 1991-ci ildə İstanbulda “İdealist” lojasına qəbul olunub, müxtəlif vəzifələrdə çalışıb, 2003-2005-ci illərdə “İbadət ustası”, 2007-2009-cu illərdə “Böyük katib”, 2010-2013-cü illərdə isə “Böyük ustad” vəzifələrində olub.

Araşdırmalar göstərib ki, Can Holdinqin enerji, texnologiya və davamlı istehlak malları sahəsində fəaliyyət göstərən bir sıra şirkətləri saxta hesab-fakturalar vasitəsilə vergidən yayınaraq qeyri-qanuni gəlir əldə edib.

Jalə Rövşən

TodayPress TV

tag: Türkiyə,Əməliyyat,Rəmzi Sanver, Masonlar Dərnəyi,Todaypress.tv,