ABŞ İranı təhdid etdi
Dünya
13.06.2025 10:26
ABŞ-nin Respublikaçı senatoru Lindsi Qrem bildirib ki, əgər İran Yaxın Şərqdəki ABŞ hərbi bazalarına hücum edərsə, Amerika Tehranın bütün neft infrastrukturunu məhv etməlidir.
TodayPress TV xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsində paylaşım edib.
Qrem bildirib ki, əgər İran İsrailin zərbələrinə görə ABŞ qoşunlarına və ya onların bazalarına hücum edərsə, Amerika İranın bütün neftayırma zavodlarını və neft infrastrukturlarını hədəf almalı, İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei bu biznesdən uzaqlaşdırmalıdır.
Qeyd edək ki, iyunun 13-nə keçən gecə İsrail İrana qarşı “Am Kelavi” (Şir kimi millət) adlı hərbi əməliyyat keçirib. İsrail ordusu İranın nüvə və raket proqramlarını hədəf alaraq Tehran, Natanz və digər şəhərlərdə hərbi obyektlərə zərbələr endirib.
Nəticədə bir neçə alim və komandir həlak olub.
Türkan İsgəndərli
tag: ABŞ,İran,İsrail,X,todaypress.tv,