ABŞ Ekvadorda hərbi baza açacaq

Dünya

04.09.2025 23:00

ABŞ hökuməti Ekvadorda hərbi baza açmaq və orada qoşun yerləşdirmək istəyir.

TodayPress TV xəbər verir ki, bu barədə ABŞ Dövlət Katibi Marko Rubio açıqlayıb.

Rubio Ekvadorun Xarici İşlər Naziri Qabriela Sommerfeldlə birgə mətbuat konfransında bildirib ki, ABŞ qoşunlarının uzunmüddətli əsasda, Ekvador hökuməti ilə əməkdaşlıq çərçivəsində yerləşdirilməsi mümkündür.

O xatırladıb ki, əvvəllər ABŞ-nin Ekvadorda hərbi bazası olub, lakin 2009-cu ildə o zamanın Prezidenti Rafael Korreanın tələbi ilə qoşunlar geri çəkilib. Rubio əlavə edib ki, Ekvador dəvət etsə, bu ehtimal nəzərdən keçiriləcək və məsələnin strateji əhəmiyyəti böyükdür.

Həmçinin Ekvador təhlükəsizliyi gücləndirmək məqsədilə “narkotik ticarəti və cinayətlə mübarizə” üçün 13,5 milyon dollar ayırıb. ABŞ isə ölkənin donanmasını gücləndirmək üçün 6 milyon dollarlıq pilotsuz təyyarə verməyi planlaşdırır.

Türkan İsgəndərli

TodayPress TV

tag: ABŞ,Ekvador,Qoşun,Baza,Todaypress.tv,