ABŞ-dən jurnalistlərə viza məhdudiyyətləri tətbiq etmək planlarından imtina etməyi xahiş edildi
Dünya
27.09.2025 11:21
Yaponiyanın aparıcı KİV-ləri ABŞ Daxili Təhlükəsizlik Nazirliyinə məktub yazaraq, jurnalistlərə viza məhdudiyyəti tətbiq etmək planlarından imtina etməyi xahiş ediblər.
TodayPress TV xəbər verir ki, bu barədə sənədi imzalayanlar arasında olan “Kyodo” agentliyi məlumat yayıb.
Qeyd olunur ki, məktubu ABŞ-də ofisləri olan 15 Yaponiya qəzeti, xəbər agentliyi və radiostansiyası imzalayıb.
Yapon mediası öz məktubunda jurnalistlərin əməyinin Tokio və Vaşinqton arasında ikitərəfli əlaqələrin möhkəmlənməsinə töhfə verdiyini vurğulayıb.
Yaponiya tərəfi viza məhdudiyyətlərinin tətbiqinin yapon jurnalistlərinin ABŞ-də baş verən hadisələri hərtərəfli işıqlandırmaq imkanlarına mənfi təsir göstərə biləcəyindən narahatlığını ifadə edib ki.
Qeyd edək ki, avqustun sonunda ABŞ Daxili Təhlükəsizlik Departamenti xarici jurnalistlər, tələbələr və mübadilə ziyarətçiləri üçün viza qaydalarının dəyişdirilməsini təklif edərək, onların ölkədə qalmalarını müəyyən müddətlə məhdudlaşdırıb. Qeyd olunub ki, ABŞ-də qalmaq üçün təklif olunan məhdudiyyət 240 gün olacaq, bundan sonra vizanın eyni müddətə uzadıla biləcəyi bildirilir. Hazırda ABŞ-yə jurnalist vizası beş ilə qədər verilə bilər.
Orxan Saffari
tag: ABŞ,Jurnalist,Viza,Ləğv,Todaypress.tv,
