ABŞ-dən Çinə şərab ixracı 6 dəfə azaldı

ABŞ-dən Çinə şərab ixracı 6 dəfə azaldı
23.07.2025 09:48 Dünya

2025-ci ilin iyun ayında ABŞ-dən Çinə şərab ixracı ötən ilin eyni dövrü ilə müqayisədə altı dəfə azalıb. 

TodayPress TV xəbər verir ki, bu barədə Çin gömrüyü məlumat yayıb. 

Məlumata görə, bu ilin yayın əvvəlində ABŞ Çinə cəmi 1,9 milyon dollar dəyərində şərab göndərib. Halbuki keçən il bu rəqəm 11,4 milyon dollar idi.

Bu azalma nəticəsində ABŞ Çinə şərab ixrac edən ölkələr arasında dördüncü yerdən səkkizinci yerə düşüb.

Digər ölkələrdə də azalma müşahidə olunub. Məsələn, Çinə şərab ixracına görə ikinci yerdə olan Avstraliya tədarükü dörd dəfə azaldaraq 30,8 milyon dollara endirib. Çilidən ixrac 12,8 milyon dollara, İspaniyadan isə 12 faiz azalıb.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
18 IYUL 2026
Bütün Xəbərlər