ABŞ-dəki atışmada ölənlər var - Yeniləndi

Dünya

28.09.2025 23:36

ABŞ-nin Miçiqan ştatının Qrand-Blenk şəhərində yerləşən kilsədə atışma nəticəsində bir nəfər ölüb, 9 nəfər yaralanıb.

TodayPress TV xəbər verir ki, bu barədə şəhər polisi məlumat yayıb.

Bildirilib ki, atəş açan 40 yaşlı kişi zərərsizləşdirilib, 10 nəfər isə yaralanıb. Yaralananlardan biri isə xəstəxanada ölüb.

Məlumata görə, şübhəli şəxs avtomatla kilsəyə toplaşanlara atəş açıb, daha sonra isə binanı yandırıb.

Araşdırma davam etdirilir.


21:05


***


ABŞ-nin Miçiqan ştatının Qrand-Blenk şəhərindəki kilsədə atışma baş verib.

TodayPress TV xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb. 

Atışma nəticəsində bir neçə nəfər xəsarət alıb, atəş açan şəxs isə zərərsizləşdirilib.

Hadisədən sonra kilsəni alov bürüyüb. Yerli hakimiyyət orqanları vətəndaşları atışmanın baş verdiyi ərazidən uzaq durmağa çağırıb.

Hücumun nəticələrinin aradan qaldırılması istiqamətində işlər isə hələ də davam etdirilir.

TodayPress TV

tag: ABŞ,Atışma,Kilsə,Miçiqan,Todaypress.tv,