ABŞ-də təhlükəsizlik gücləndirilir
Dünya
13.08.2025 09:50
ABŞ-nin paytaxtı Vaşinqtonda təhlükəsizliyi təmin etmək üçün 800 Milli Qvardiya əsgəri yerləşdirilib.
TodayPress TV xəbər verir ki, bu barədə ABŞ Quru Qoşunlarının mətbuat xidməti məlumat yayıb.
Əsgərlər, Konqres binası yaxınlığında hüquq-mühafizə orqanlarına dəstək verirlər.
ABŞ prezidenti Donald Tramp avqustun 11-də Vaşinqtonda artan cinayət hallarına görə Milli Qvardiyanın şəhərə göndərildiyini açıqlayıb. O bildirib ki, lazım gələrsə, ordu da təhlükəsizliyi təmin etmək üçün cəlb oluna bilər. Tramp həmçinin şəhər polisinin federal nəzarətə veriləcəyini deyib.
Prezident qeyd edib ki, son zamanlar 14-16 yaşlı gənclər cinayət törədir və buna görə cəzasız qalırlar. Bu səbəbdən o, qanunların dəyişdirilərək yeniyetmələrin ciddi cəzalandırılmasını təklif edir.
Türkan İsgəndərli
tag: ABŞ,Qvardiya,Təhlükəsizlik,Konqres,Todaypress.tv,