ABŞ danışıqlar üçün Belarusa xüsusi elçi göndərəcək
Dünya
18.06.2025 12:32
ABŞ prezidenti Donald Trampın administrasiyasının yüksək vəzifəli məmuru yaxın günlərdə Belarusa səfər edərək prezident Aleksandr Lukaşenko ilə görüşməyi planlaşdırır.
TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Bildirilir ki, səfər Rusiya və Ukrayna arasında atəşkəslə bağlı danışıqların nəticə vermədiyi bir şəraitdə təşkil olunub.
Görüşün məqsədi bölgədəki vəziyyətin qiymətləndirilməsi və mümkün diplomatik təşəbbüslərin müzakirəsidir.
İddialara görə, Lukaşenko ilə görüşəcək şəxs ABŞ-nin Ukraynadakı nümayəndəsi Keyt Kelloq ola bilər. Əgər səfər baş tutarsa, bu, son illərdə Belarusa səfər edən ən yüksək rütbəli ABŞ rəsmisi olacaq.
Xatırladaq ki, Aleksandr Lukaşenko bəyan edib ki, Rusiya artıq uzun müddətdir Ukrayna ilə təkcə atəşkəs deyil, sülh sazişi imzalamağa da hazırdır.
Türkan İsgəndərli
tag: ABŞ,Belarus,Kelloq,Lukaşenko,Todaypress.tv,