"Orion Telecom" Ukrayna kiberhücumunda böyük itki verdi
Dünya
15.10.2025 16:52
"Orion Telecom" kiberhücumda 66 milyon rubl itirib.
TodayPress TV "Ukrinform"a istinadən xəbər verir ki, Sibirin böyük internet provayderlərindən biri olan Orion Telecom Ukrayna Müdafiə Kəşfiyyatının keçirdiyi kiber əməliyyat nəticəsində 66 milyon rubldan çox pul itirib.
Kəşfiyyat mənbələrinin məlumatına görə, bu itkilər provayderin Rusiya polisinə verdiyi bəyanatda əks olunub.
Hesabatlara görə, əməliyyat zamanı həmçinin istifadəçilərin şəxsi məlumatları pozulub. “Orion Telecom” hadisə ilə bağlı cinayət işi açılması üçün hüquq-mühafizə orqanlarına müraciət edib. Rusiya qanunvericiliyinə əsasən, provayder məlumatların pozulmasına görə 15 milyon rubla qədər inzibati cərimə ilə də üzləşə bilər.
Ukrayna kəşfiyyatı xatırladıb ki, kibermütəxəssislər bu ilin əvvəlində Rusiya Günündə Orion Telecom-un infrastrukturuna hücum edərək provayderin fəaliyyətini iflic etmişdi. Bu səbəbdən Krasnoyarsk, İrkutsk, Bratsk və Abakandakı istifadəçilər internet və televiziya xidmətində kəsintilər yaşayıb.
Bundan əlavə, kəşfiyyat qeyd edib ki, Orion Telecom-un şəbəkələri Rusiyanın təhlükəsizlik orqanları tərəfindən Ukraynaya qarşı hərbi əməliyyatları dəstəkləmək üçün istifadə olunub. Həmçinin Ukrayna kibermütəxəssisləri Rusiyanın milli ödəniş sistemi “SBP”in əməliyyatlarını iflic edərək ölkəyə qarşı maliyyə dəstəyini məhdudlaşdırıblar.
Jalə Rövşən
tag: Ukrayna,Rusiya ,"Orion Telecom",Kiberhücum,Todaypress.tv,
