74 illik sevgi bir gündə əbədiyyətə qovuşdu
Braziliyada 74 ildir ki, evli olan 92 yaşlı Odileta Pansani de Aro və 94 yaşlı Pasqual de Aro aprelin 17-də cəmi 10 saatlıq fərqlə dünyalarını dəyişiblər.
TodayPress TV xəbər verir ki, bu barədə "Noticias ao Minuto Brasil" məlumat yayıb.
Cütlük ilk dəfə küçədə tanış olub. O zaman Odiletanın 15, Pasqualın isə 18 yaşı olub. Tanışlıqları məktublaşma ilə davam edib, daha sonra isə sevgi münasibətinə çevrilib. Onlar 15 aprel 1951-ci ildə evləniblər və bu illər ərzində altı övlad sahibi olublar.
Son illərdə Odiletaya alzheimer xəstəliyi diaqnozu qoyulub. Pasqual həyat yoldaşının qayğısını öz üzərinə götürərək onu bir an belə tək qoymayıb. 2023-cü ildə isə Pasqualın onkoloji xəstəliyə tutulduğu məlum olub. O, dəfələrlə həyat yoldaşı ilə eyni gündə vəfat etmək istədiyini söyləyib. Onun bu istəyi də gerçəkləşib.
Cütlük ölümündən cəmi iki gün əvvəl, 15 apreldə evliliklərinin 74-cü ildönümünü qeyd edib. Aprelin 17-də səhər saatlarında Odileta dünyasını dəyişib, ondan 10 saat sonra isə Pasqual həyata gözlərini yumub.
Töhfə Səməd
tag: Braziliya,Odileta Pansani de Aro,Pasqual de Aro,todaypress.tv,