2 ölkə ABŞ-dən Ukrayna üçün silah alır
Dünya
15.07.2025 17:30
Niderland və Danimarka ABŞ prezidenti Donald Trampın təklif etdiyi plan çərçivəsində Ukrayna üçün Amerika silahları almağa hazır olduqlarını bildiriblər.
TodayPress TV xəbər verir ki, bu barədə "Le Monde" qəzeti məlumat yayıb.
Danimarkanın xarici işlər naziri Lars Lokke Rasmussen bildirib ki, Danimarka, Donald Trampın Ukraynaya silah almaq planında iştirak etməyə tam hazırdır və bunun üçün lazımi vəsaiti ayıracaq.
Niderlandın nümayəndəsi Kaspar Veldkamp isə bildirib ki, onların da bu təşəbbüsdə iştirak etmə ehtimalı var.
Qeyd edək ki, Tramp Ukraynaya silah tədarükünün davam etməsi üçün Avropa ölkələrinin maliyyə dəstəyi göstərməsini şərt kimi irəli sürüb. Bu çərçivədə Avropa ölkələrinin bir neçəsi artıq maliyyə və texniki iştirak imkanlarını nəzərdən keçirməyə başlayıb.
Türkan İsgəndərli
tag: Niderland,Danimarka,ABŞ,Ukrayna,Todaypress.tv,