ABŞ 14 ölkəyə qarşı yeni gömrük tarifləri tətbiq edəcək
Dünya
21.07.2025 17:53
ABŞ prezidenti Donald Tramp 14 ölkəyə qarşı 25%-dən 40%-ə qədər gömrük tarifləri tətbiq edə biləcəyini açıqlayıb.
TodayPress TV xəbər verir ki, tariflərin avqustun 1-dən qüvvəyə minməsi planlaşdırılır.
ABŞ maliyyə naziri Skot Bessent bildirib ki, bu tariflər ölkələri Vaşinqtonla daha əlverişli ticarət sazişləri imzalamağa məcbur edə bilər. Onun sözlərinə görə, yüksək rüsumlar bu dövlətlərə təzyiq vasitəsi kimi istifadə ediləcək.
Donald Tramp iyulun 7-də həmin 14 ölkənin liderlərinə məktub göndərərək, tarif tətbiqi barədə rəsmi xəbərdarlıq edib.
Tarif tətbiq olunacağı gözlənilən ölkələr Banqladeş, Bosniya və Herseqovina, İndoneziya, Qazaxıstan, Kamboca, Malayziya, Myanma, Laos, Serbiya, Cənubi Koreya, Yaponiya, Cənubi Afrika və Tailanddır.
Ağ Evin açıqlamasına görə, bu ölkələr avqustun əvvəlinə qədər ABŞ ilə yeni ticarət sazişi imzalasalar, rüsumların tətbiqinə ehtiyac qalmaya bilər.
Türkan İsgəndərli
tag: ABŞ,Tramp,Rüsum,Gömrük,Todaypress.tv,