12 günlük ərzaq və su ehtiyatı saxlayın! - Ukraynalılara XƏBƏRDARLIQ
Ukraynanın Kiyev üzrə Dövlət İstehlak Xidmətinin rəhbəri Anatoli Katerençuk ölkə sakinlərinə evlərində 7-12 gün üçün kifayət edəcək içməli su və əsas ərzaq məhsulları ehtiyatı saxlamağı tövsiyə edib.
TodayPress TV xəbər verir ki, Katerençuk bu çağırışı Rusiya tərəfindən infrastruktur obyektlərinə və logistika anbarlarına mümkün zərbələr təhlükəsi ilə əsaslandırıb.
O bildirib ki, bir aylıq və daha uzun müddət üçün ərzaq toplamağa ehtiyac yoxdur. Onun sözlərinə görə, hazırda Ukraynada ərzaq qıtlığı müşahidə edilmir və müvəqqəti olaraq satışdan çıxan məhsullar idxal hesabına əvəzlənə bilər.
Qeyd edək ki, bu gün Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da xarici vətəndaşlara və diplomatlara Kiyevi tərk etmələri ilə bağlı tövsiyəni xatırladıb. Zaxarova Rusiyanın Ukraynanın hərbi infrastrukturuna sistemli zərbələr endirməyi planlaşdırdığını bildirib.
Kübra Musayeva