10 faiz beyinlə yaşadı: Dünyada ilk
Dünya
23.09.2025 18:45
Beyninin təxminən 90 faizini itirməsinə baxmayaraq, nisbətən normal və sağlam həyat tərzi keçirən bir insan elmi ictimaiyyətdə böyük heyrət doğurub. Bu nadir hadisə beyin və şüur haqqında mövcud mifləri dağıdıb.
TodayPress TV xəbər verir ki, hadisə 44 yaşlı bir kişi ilə bağlıdır.
O, ayağında zəiflik hiss etdikdən sonra həkimə müraciət edib. Müayinə zamanı beynin böyük hissəsinin əskik olduğu və kəllə boşluğunun demək olar ki, tamamilə maye ilə dolduğu aşkarlanıb.
Araşdırmalar göstərib ki, bu vəziyyətin kökü onun uşaqlıqda aparılmış stent müalicəsi ilə bağlıdır. Stent çıxarıldıqdan sonra hidrosefaliya (beyində maye yığılması) nəticəsində beynin çox hissəsi zamanla eroziyaya uğrayıb.
Maraqlıdır ki, bu qədər beyin toxumasının itkisinə baxmayaraq, şəxsin IQ göstəricisi 84 olub. Bu da normal səviyyəyə yaxın hesab olunur. O, adi gündəlik fəaliyyətlərini yerinə yetirə bilir və cəmiyyətə uyğun həyat sürür.
Türkan İsgəndərli
tag: Beyin,IQ,Baş,Yaşam,Todaypress.tv,
