Zahid Oruc: “Qalibiyyət süfrəsi millətimizin halal-haqqıdır”
Cəmiyyət
03.07.2025 11:11
“Kütləvi informasiya vasitələri İrəvan xanlığının mətbəxi ideyasının populyarlaşmasnda mühüm platformadır”.
TodayPress TV xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc “İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşrinin təqdimatında deyib.
O, İrəvan xanlığının mətbəxi ideyasının yayılması üçün xüsusi proqramlara ehtiyac olduğunu bildirib:
“Bu ideyanın xarici ölkələrdə yayılması, azərbaycanlı mətbəxi "səfirlərini” və maraqlı qrupların-tədqiqatçılar, nəzəriyyəçilər, praktiklərin işə cəlbi, “Azərbaycan mətbəxi” brendinin formalaşmasına dəstək verilməsi, yerli kulinariya adətlərinin təşviqinə, gənc nəslin maarifləndirilməsinə, ölkə daxilində qastronomik turizmin inkişafına və beynəlxalq arenada təbliğinə dair xüsusi proqramlar hazırlamaq lazımdır.
İndi millətimizin qarşısında qələbəmizi əbədiləşdirmək üçün təkcə qalibiyyət himnləri, marşları, simfoniyaları, qayıdış rəqsləri və abidə, heykəl, rəsm qalareyalarını yaratmaqla yanaşı, Zəfər çörəyini millətimizin müqəddəs süfrə idealına çevirmək, qələbə tortu ənənəsini formalaşdırmaq və yaymaq, hər bir azad kəndə, qəsəbəyə, yurda dönüş süfrələri açmaq üçün çalışmalıyıq. Unutmayaq ki, qalibiyyət süfrəsi millətimizin halal-haqqıdır!”
Qiymət Mahir
tag: Zahid Oruc ,İrəvan ,Xanlıq,Mətbəx,Tədbir,Todaypress.tv,