AHİK yollayışlarla bağlı qaydaları açıqladı
Cəmiyyət
12.08.2025 12:08
“Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının yollayışları ilə bağlı maddi və texniki resurslarda limitlər mövcuddur. İl ərzində göndərilə biləcək maksimum yollayış sayı 70 mindir”.
TodayPress TV xəbər verir ki, bunu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədrinin müşaviri Elkiyar Ziyadov konfederasiyanın mətbuat konfransında deyib.
O bildirib ki, yeni otellər, sanatoriyalarla müqavilələrin imzalanması ilə inteqrasiya prosesi davam etdirilir.
“Hazırda fəaliyyətimiz üçtərəfli sistemi əhatə edir və turizm sektorunda bu modelin analoqu yoxdur. Bəzi hallarda üzvlərin məlumatlarının natamam olduğu aşkarlandığından, onların tamamlanması tələb olunur. Sənədlər mütləq tam şəkildə təqdim edilməlidir”, - deyə o bildirib.
Qiymət Mahir
tag: AHİK,Tədbir,Mətbuat,Konfrans,Todaypress.tv,