Xəzərdə insanları dənizin dibinə çəkən “vodolaz”lar var? – Ekspert ŞOK DETALLARI AÇDI

Cəmiyyət

11.08.2025 17:43

Son günlər sosial şəbəkələrdə Xəzər dənizində dalğıcların insanları suyun dibinə çəkərək boğması, daha sonra isə ailələrindən pul alıb meyiti “tapıb çıxarması” barədə iddialar yayılıb.

Bəs bu məlumatlar nə dərəcədə həqiqəti əks etdirir?

Məsələ ilə bağlı təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev TodayPress TV-yə açıqlamasında bildirib ki, yayılan məlumatlar əsassızdır və ictimaiyyəti çaşdırmağa yönəlib:

“İnsanlar belə iddialara inanmasınlar. Yalnız rəsmi dövlət qurumlarının yaydığı məlumatlara etibar etsinlər və fəaliyyətinə icazə verilmiş çimərliklərə üz tutsunlar”.

Ekspertin sözlərinə görə, Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin nəzarətində olan çimərliklərdə bu günə qədər bir nəfərin belə boğulması qeydə alınmayıb:

“Bu fakt göstərir ki, həmin ərazilərdə təhlükəsizlik yüksək səviyyədə təmin olunub. Xilasedicilər müvafiq sertifikatlara malik peşəkar və hazırlıqlı mütəxəssislərdir. Vətəndaşlara yalnız rəsmi icazə verilmiş və nəzarət olunan çimərliklərdən istifadə etmələri tövsiyə olunur”, - deyə o fikrini yekunlaşdırıb. 

Türkan İsgəndərli

tag: Elmar Nurəliyev,Ekspert,Vodolaz,Dəniz,Boğulma,Todaypress.tv,

photo