“Biliklə, silahla narkotikə yox de!” mövzusunda maarifləndirici təlim təşkil olundu

Cəmiyyət

29.05.2025 17:18

17

Azərbaycan Dillər Universitetinin Tərcümə Fakültəsində “Biliklə, silahla narkotikə yox de!” mövzusunda maarifləndirici təlim təşkil olunub. 

TodayPress TV xəbər verir ki, təlim araşdırmaçı-ekspert Məhbubə Mehdiyeva tərəfindən aparılıb.

Tədbir çərçivəsində tələbələrə narkotik vasitələrin insan sağlamlığına və cəmiyyətə vurduğu fəsadlar, həmçinin onların hüquqi və sosial nəticələri barədə ətraflı məlumatlar təqdim edilib.

Maarifləndirmə tədbirinin keçirilməsində əsas məqsəd gənclərin narkotik vasitələrin fəsadları barədə məlumatlandırılması, onların sağlam həyat tərzinə yönləndirilməsi və bu sahədə fərdi məsuliyyət hissinin gücləndirilməsidir.

Təlim zamanı tələbələrlə qarşılıqlı fikir mübadiləsi aparıldı, onların sualları cavablandırıldı və praktiki nümunələr əsasında müzakirələr keçirilib.

tag: Biliklə,Silahla,Narkotikə,Yox De,Todaypress.tv,