Sığınacaqda yaşayan kimsəsiz uşaqların kimsəsi olun, Şamaxıya səfərlərinə səbəb olun
Sığınacaqda yaşayan kimsəsiz uşaqların Şamaxıya səfərinin təşkili məqsədilə xeyriyyə kampaniyasına start verilib.
TodayPress TV xəbər verir ki, iyulun 26-da sığınacaqda yaşayan uşaqların Şamaxının füsunkar təbiətinə səfəri planlaşdırılır.
Qeyd edək ki, hər bir uşağın səfər xərci 20 manat təşkil edir. Xeyriyyə aksiyasına qoşulmaq istəyən şəxslər bir uşağın bütün xərclərini öz üzərinə götürərək ona unudulmaz bir gün hədiyyə edə bilərlər.
Eyni zamanda bildirilib ki, vətəndaşlar kimsəsiz uşaqlar üçün nəzərdə tutduqları qurban ehsanlarını da uşaqlara çatdırılması üçün təqdim edə bilərlər.
Xeyriyyə aksiyasına dəstək olmaq istəyənlər üçün aşağıdakı əlaqə vasitələri təqdim olunub:
* Kart: 5239 1517 2883 0053
* Əlaqə nömrəsi: 099 398 98 99
Təşəbbüsün əsas məqsədi kimsəsiz uşaqlara sevinc bəxş etmək və onların yay günlərini daha yaddaqalan etməkdir.