Şagirdlərinə görə hicabını açan müəllimə ailəsi təzyiq göstərdi

Şagirdlərinə görə hicabını açan müəllimə ailəsi təzyiq göstərdi
17.10.2026 15:14 Siyasət

Azərbaycanda dövlət məktəblərində müəllimlərin geyimi ilə bağlı yeni qaydalar təsdiqləndikdən sonra Təranə Ağabəyova hicabını açaraq pedaqoji fəaliyyətini davam etdirmək qərarı verib.

TodayPres TV xəbər verir ki, müəllim hicabsız fotosunu paylaşaraq yazmışdı:

"Başını səcdəyə qoyan, hicabına sevgi ilə sarılan bütün xanımlardan üzr istəyirəm... Bəlkə də seçimim sizi incitdi, amma inancım və əxlaqımda heç nə dəyişmədi. Mənim məsuliyyətlərim var... Balalarıma saçımın hər bir teli qurban olsun...".

Haqqın.az-ın məlumatına görə, sözügedən paylaşıma görə müəllimə ailə üzvləri tərəfindən təzyiq olunub. O, paylaşımını silməli olub. 

"Əldə etdiyimiz məlumata görə, Təranə Ağabəyova ailə üzvlərinin təzyiqi altında paylaşımı silib. Məişət təzyiqi həm ictimai dəstək dalğasından, həm də yetkin bir qadının - dövlət tərəfindən başqalarının uşaqlarına dərs demək üçün həvalə edilmiş müəllimin qərarından üstün gəldi. Əvvəlcə o özü üçün qərar verdi. Sonra ailəsi onun yerinə qərar verdi", - deyə yazıda qeyd olunub. 

TodayPres TV

XƏBƏR LENTİ
17 OKTYABR 2026
Bütün Xəbərlər