Professor: “Su idarəçiliyinə xüsusi diqqət yetirməliyik”

Cəmiyyət

11.09.2025 12:21

“Bakı kimi inkişaf etməkdə olan şəhərlərdə şəhər sularına aid məsələlər ən önəmli çağırışlardan biridir”.

TodayPress TV xəbər verir ki, bunu Belqrad Universitetinin Hidrologiya və Hidrotexnika üzrə professoru Jovan Despotovic Bakıda keçirilən 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı – "Baku Water Week" çərçivəsində təşkil olunan "Su strategiyaları: İnfrastruktur və rəqəmsallaşdırma" adlı panel müzakirələrində deyib.

Onun sözlərinə görə, bu məsələ yalnız hidrologiya, hidravlika, suyun təmizlənməsi və s. kimi sahələrə əsaslanmamalı, həm də standartlar, normativlər və təlimatlarla tənzimlənməlidir:

“Əgər biz iqlim dəyişikliyinin və digər yerli amillərin – tikinti, nəqliyyat, infrastruktur və s. – ciddi təsirinə məruz qalmayan sağlam şəhərlərdə yaşamaq istəyiriksə, su idarəçiliyinə xüsusi diqqət yetirməliyik.

Mən bilirəm ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin daxilində bu istiqamətdə müəyyən fəaliyyətlər var. Fikrimcə, bu fəaliyyətlər müasir siyasətə və dünyanın inkişaf etmiş şəhərlərinin təcrübəsinə uyğun şəkildə daha da gücləndirilməlidir”.

Qiymət Mahir

TodayPress TV

tag: Bakı,Su,Həftəsi,Tədbir,Todaypress.tv,