Ombudsmanın regional mərkəzləri tərəfindən hüquqi maarifləndirici tədbirlər təşkil edildi
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Şimal və Qərb regional mərkəzləri tərəfindən Gəncə, Gədəbəy, Quba və Qusarda “Ayrı-seçkiliklə mübarizə və bərabərlik hüququnun təmini”, “Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi”, “Gender bərabərliyi: hüquqlarımız və vəzifələrimiz” və “Ailə cəmiyyətin və dövlətin özəyi, milli-mənəvi dəyərlərin daşıyıcısıdır” mövzularında silsilə hüquqi maarifləndirici tədbirlər təşkil edilib.
Bu barədə TodayPress TV-yə Ombudsman Aparatının Mətbuat Xidmətindən məlumat verilib.
Tədbirlərdə müvafiq mövzular üzrə çıxışlar dinlənilib, Ombudsmanın insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində həyata keçirdiyi fəaliyyəti barədə iştirakçılara məlumat verilib.
Eyni zamanda, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununa edilmiş son dəyişikliklərlə bərabərlik hüququnun təmin olunması, ayrı-seçkiliyin qarşısının alınması və digər sahələrdə Müvəkkilin mandatının genişləndiyini qeyd olunub.
Tədbirlərdə, həmçinin mövzular üzrə fikir mübadilələri aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
tag: Ombudsman,Hüquqi,Maarifləndirici,Tədbirlər,Todaypress.tv,