Muxtar Babayev: “Azərbaycan su qıtlığı ilə üzləşə bilər”
Cəmiyyət
11.09.2025 10:42
“Azərbaycan su qıtlığı riski ilə üzləşə biləcək ölkələr siyahısındadır”.
TodayPress TV xəbər verir ki, Azərbaycan Respublikasının Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev bunu “Su idarəetməsində liderlik: Regional və qlobal perspektivlər” mövzusunda plenar sessiyada deyib.
O bildirib ki, buzlaqların əriməsi və qar ehtiyatlarının azalması artıq açıq şəkildə müşahidə olunur:
“Hər il qar ehtiyatları azalır, buzlaqlar isə sürətlə əriməyə məruz qalır. Bu proses bütün dünyada paralel şəkildə gedir. Bunun əsas səbəbi iqlim dəyişikliyi, orta temperaturun yüksəlməsi, həmçinin yağıntıların qeyri-bərabər paylanmasıdır. Bu məsələdə yalnız dövlətlərin deyil, beynəlxalq təşkilatların da rolu böyükdür. Azərbaycanda həyata keçirilən su layihələri də beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində aparılır”.
Muxtar Babayev bildirib ki, hazırda dünya ölkələri su ehtiyatı bol olan və su qıtlığı ilə üzləşən ölkələr olaraq bölünüb:
“Təəssüf ki, su qıtlığı riski ilə qarşılaşan ölkələrin sayı artır və Azərbaycan da bu siyahıda yer alır. Problemin tam qarşısını almaq mümkün olmasa da, adaptasiya planlarının hazırlanması və ciddi tədbirlərin həyata keçirilməsi vacibdir”.
Qiymət Mahir
tag: Muxtar Babayev,Bakı,Su,Həftəsi,Tədbir,Todaypress.tv,