Azərbaycan və Qətər şəhər planlamasında müasir yanaşmaları müzakirə etdilər
Cəmiyyət
24.07.2025 14:37
Azərbaycan və Qətər arasında şəhər planlamasında müasir yanaşmalar müzakirə edilib.
TodayPress TV xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev “Facebook” sosial şəbəkəsindəki hesabında bildirib.
O qeyd edib ki, müzakirələr Qətərin Milli Planlaşdırma Şurasının Baş katibi Əbdüləziz bin Nasir bin Mübarək Əl-Xəlifə ilə görüşdə aparılıb: “Görüşdə dayanıqlı inkişaf strategiyalarının icrası, mənzil siyasəti və infrastruktur layihələri üzrə əməkdaşlıq imkanlarını nəzərdən keçirdik. Rəqəmsal həllər və ekoloji standartların planlamada əhəmiyyətinə xüsusi diqqət yetirdik”.
tag: Azərbaycan,Qətər,Şəhərsalma,Müzakirə,Todaypress.tv,
