“Memar Əcəmi” metrostansiyasındakı keçiddə təmir işləri başa çatdı

Cəmiyyət

22.08.2025 15:06

Bakı metrosunun “Memar Əcəmi” stansiyasının Cavadxan küçəsi istiqamətindəki keçiddə təmir işləri başa çatıb.

TodayPress TV xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC məlumat yayıb.

Bildirilir ki, stansiyanın Cavadxan küçəsi istiqamətində yerləşən keçidi və giriş-çıxışlarında ilk dəfə aparılan irihəcmli təmir işləri yekunlaşıb.

Keçid və yerüstü sahə tam abadlaşdırılıb, gediş-gəliş isə daha rahat və təhlükəsiz olub.

tag: Bakı metrosu,Memar Əcəmi,Stansiya,Cavadxan küçəsi,Todaypress.tv,

photo
photo
photo
photo
photo
photo
photo
photo
photo