Kağız pullar dövriyyədən çıxır?
Cəmiyyət
01.07.2025 16:45
Son illərdə həm dünyada, həm də ölkəmizdə telefon və bank kartları vasitəsilə ödənişlərin sayı artıb. Nağdsız ödənişlərin sürətli və rahat olması insanlar üçün gündəlik alış-veriş və xidmətlərdən istifadədə rahatlıq yaradıb.
Bəs rəqəmsal və nağdsız ödəniş vasitələrinin geniş istifadə olunması kağız pulun dövriyyəsinə hansı formada təsir göstərir?
Mövzu ilə bağlı TodayPress TV-yə danışan iqtisadçı ekspert Eldəniz Əmirov kağız pulların zamanla dövriyyədən çıxacağını və bu prosesin uzun bir müddət ərzində baş verəcəyini bildirib.
“Kağız pullar getdikcə dövriyyədən çıxarılacaq. Bu, bir qədər vaxt alacaq, yaxın 5-10 ildə baş verməyəcək. Uzaq dövrə aid olan bir proqnozdur ki, məhz tədricən nağdsız ödənişlərin həcmi getdikcə artacaq, nağd ödənişlərin həcmi azalacaq. Bu dinamika uzun müddət davam etdikdən sonra nağd ödənişlər isə minimuma enəcək. Amma bunun üçün xeyli zaman lazımdır”.
Qeyd edək ki, bir çox telefonda onlayn cüzdan tətbiqi var ki, bununla da ödənişləri kart və nağd pul olmadan asanlıqla həyata keçirmək olar.
Türkan İsgəndərli
tag: Eldəniz Əmirov,Ekspert,Kağız Pullar,Dövriyyə,Todaypress.tv,
