Həsən Eyyubovun yerinə o təyin olundu
Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin rəisi vəzifəsinə təyinat olub.
TodayPress TV xəbər verir ki, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovnik Şahin Bağırovun Əmri ilə bu vəzifəyə Astara Gömrük Postunun rəisi Seyfulla Lətif oğlu İsmayılov gətirilib.
Qeyd edək ki, bu idarənin əvvəlki rəisi gömrük xidməti general-mayoru Həsən Eyyubov olub. Bir ay öncə vəzifədən azad edilən general Prezident katibliyinin rəisi Bəylər Eyyubovun qardaşı oğludur.
Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi
Dövlət Gömrük Komitəsi
general-polkovnik Şahin Bağırov
Seyfulla Lətif oğlu İsmayılov
Həsən Eyyubov
Todaypress.tv