İctimai nəqliyyatda “yer davası” niyə bitmir?
Cəmiyyət
11.06.2025 15:14
“İctimai nəqliyyatda kiminsə kimdənsə "yer" tələb etməsi nə qanun, nə etik qaydalar, nə də psixoloji sağlam düşüncə ilə əsaslandırıla bilər”.
Bu fikirləri TodayPress TV-yə açıqlamasında psixoterapevt Aysel Məmmədova bildirib.
Onun sözlərinə görə, bu məsələdə hamilə, əlil və yaşlı insanlar istisnadır. Onların durumu tibbi və insani olaraq prioritetdir.
“Amma bu qrupun xaricində işləyən, ödəniş edib səyahət edən, yorğun və bəlkə də fiziki problemi olmayan insanlar heç bir üstünlüyə sahib deyillər. Onlar da həmin gənc və ya orta yaşlı insan kimi ödəniş edin ictimai nəqliyyatdan istifadə edirlər. Xüsusilə də orta yaşlı bəzi qadınlar yüksək topuqda, dırnaqları manikürlü, saçları fenli, makiyajlı və fiziki baxımdan baxımlı və enerjili halda bütün bu baxımları edə bilirlərsə, deməli, ayaqüstə də qala bilərlər. Gənc qız və ya oğlanlar heç kimin seçiminə görə ona yer verməyə borclu deyillər. Baxımlı olmaq istəyən bir insan həm də güclü dayanmağı bacarmalıdır”.
Aysel Məmmədova sonda qeyd edib ki, cəmiyyət məcburi sayğıların yox, könüllü anlayışların üzərində qurulmalıdır.
Türkan İsgəndərli
tag: Aysel Məmmədova,Psixoterapevt,Yer ,Dava,Todaypress.tv,
 
        
 
                                ![Masallının [[6 kəndində]] qaz kəsiləcək](/uploads/news/6843ded41a5b4.webp) 
                                            ![Bəzi çaylarda [[sululuq artdı]]](/uploads/news/68412b7ed3f00.webp) 
                                            ![Sentyabr ayında [[5600 hektardan çox ərazi]] minalardan təmizlənib](/uploads/news/68dd0641af4ee.webp) 
                                            ![Dəmiryolu ilə sərnişindaşıma [[21 %-ə yaxın]] artdı](/uploads/news/68832d8f70b99.webp) 
                                            ![Dövlət Komitəsinin [[2025-ci ilin ilk yarımilində]] fəaliyyəti müzakirə edildi](/uploads/news/6877aafcd92c7.webp) 
                                            ![Bəzi çaylarda [[sululuq artdı]]](/uploads/news/6828261728064.webp) 
                                            ![[[İstanbuldan Tbilisiyə uçan]] təyyarə Bakı aeroportuna məcburi eniş etdi](/uploads/news/6835ffb3c50a8.webp) 
                                            ![[[“Qədim Qəbələ şəhəri” və “Gəmiqaya və Göygöl Tarixi-Mədəni və Təbii Kompleksi”]] UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edildi](/uploads/news/687501b9765f5.webp) 
                                            ![39 dərəcə isti olacaq [[- SABAHIN HAVASI]]](/uploads/news/688b261727f55.webp) 
                                            ![Qəbiristanlığın yerində bulvar salınır - [[Bülbülədəki qəbirlər necə köçürüləcək?]]](/uploads/news/68c7d12505704.webp) 
                                            