Günün ULDUZ FALI: Kimlər sevgi, kimlər iş həyatında xoş xəbər alacaq?

Cəmiyyət

28.07.2025 11:25

Bu gün bürclər həyatın müxtəlif sahələrində qərarlar, fürsətlər və duyğusal balansla qarşı-qarşıyadır.

TodayPress TV iş, münasibətlər və şəxsi inkişafla bağlı ulduzların bürc sahiblərinə nələr dediyini təqdim edir:

Dolça bürcü:

Bu gün iş planlarında gözlənilməz dəyişikliklər yaşana bilər. Gündəlik tempin artması səbəbilə bəzi görüşləri təxirə salmalı olacaqsınız. Panikaya düşməyə ehtiyac yoxdur, əvəzində planlarınızı yenidən tənzimləyib, özünüzü təzyiq altına salmadan işlərinizi idarə edin. Axşam saatlarında özünüzü mükafatlandırmaqdan da çəkinməyin. Əgər münasibət içindəsənsə, partnerin keçmiş günlərlə bağlı izahat tələb edə bilər. Bu cür mövzular üçün bu gün münasib hesab olunmur. Çalışdığınız qədər əhvalınızı yüksək tutmağa və sizi narahat edən mövzulardan bir günlük də olsa, uzaq durmağa cəhd göstərin.

Balıqlar bürcü:

Bu gün iş görüşməniz varsa, zahiri görünüşünüzə diqqət yetirin və pozitiv atmosfer yaratmağa çalışın. Ancaq həddindən artıq səmimi olmaqdan çəkinin. Özünüzü düzgün ifadə etməkdən çəkinməyin, lakin şəxsi detallar barədə yalnız sual verilərsə, danışın. Dostlarınızla münasibətləri gücləndirmək üçün əlverişli gündür. Gün ərzində tanış olacağınız bir insan isə həyatınıza müsbət enerji gətirə bilər. Buna görə də görüş dəvəti gələrsə, geri çevirməyin.

Qoç bürcü:

Bu gün mühüm qərarlar verə bilərsiniz. Uğur sizin üçün qaçınılmazdır. Əvvəl özünüzü hazır hiss etmədiyiniz məsələlərdə bu gün müxtəlif irəliləyişlər yaşanacaq. İş məsələsində isə hazırda ən produktiv dönəminizdəsiniz. Vəzifə artımı ilə bağlı təklif gələ bilər.

Keçmiş qorxularınızı buraxın və gələcəyə fokuslanın. Münasibətdə isə, artıq hissləriniz azalıbsa, bunu dürüst şəkildə qarşı tərəflə müzakirə etmək daha doğru addım olar.

Buğa bürcü:

Bu gün ruh halınız yüksək olacaq. İş həyatında əldə etdiyiniz irəliləyişlər sizi motivasiya edəcək. Mövcud işinizdə qalmaq və ya yeniliklərə başlamaq üçün fürsətlər qaçınılmazdır. Əgər hazırda kimləsə münasibətiniz yoxdursa, gündəlikdə ünsiyyətdə olduğunuz birindən romantik təklif ala bilərsiniz.

Əkizlər bürcü:

Yeni ideyalarınız varsa, bu gün onları həyata keçirmək üçün uyğun zamandır. Bu ideyalar sizə əlavə gəlir və ya karyerada sıçrayış gətirə bilər. Yaradıcı enerjiniz yüksəkdir. Bundan mütləq istifadə edin. Sevgidə isə, mükəmməl uyğunluq axtarışını bir az azaldıb, azad ruhlu yanaşsanız, münasibətiniz daha sağlam olacaq.

Xərçəng bürcü:

Son günlər işdə gərgin hiss edə bilərsiniz. İş stresini evə daşımayın. Yaxın bir dostla görüşmək sizə daha yaxşı təsir edə bilər.

Kimlərsə sizi keçmişdəki səhvlərinizlə ittiham edə bilər. Buna əsla boyun əyməyin, çünki seçim sizindir və nəticələrə tab gətirəcək gücə maliksiniz.

Şir bürcü:

Əgər sizə dəyər verilmədiyini düşünürsünüzsə, bu gün rəhbərlikdən gələn bir jest fikrinizi dəyişə bilər. Öz dəyərinizi əvvəlcə özünüz qəbul etməlisiniz. Ətrafınızdakı gözəl fürsətləri dəyərləndirməkdən çəkinməyin. Yaxın münasibətlərinizə yenidən nəzər yetirin. Əgər sevgi münasibətiniz varsa, pessimizmdən uzaq durun. Münasibətinizin uzunömürlü olma potensialı var.

Qız bürcü:

Tətil sonrası özünüzü inkişaf etdirmək istəyirsinizsə, bu gün yeni kurs və ya təhsil proqramları araşdırmaq üçün uyğun gündür. Bu, karyeranız üçün əhəmiyyətli olacaq. Sevgidə isə, özünüzə, daxili səsinizə qulaq asmağı unutmayın.

Tərəzi bürcü:

İş yerində təqdim edəcəyiniz layihə və ya ideya üçün daha çox çabalamalısınız. İnsanlara bu layihədən necə faydalanacaqlarını göstərməli və onları bu işə inandırmalısınız. Təşəbbüsünüz yüksək qiymətləndiriləcək. Sevgidə isə, hər gün ünsiyyətdə olduğunuz bir şəxs hisslərini açıqlaya bilər.

Əqrəb bürcü:

Bu gün verəcəyiniz qərarlar gələcəyinizə təsir edə bilər. Tələsməyin, detallara diqqət yetirin. Sizə təklif olunan fürsətlər qazanc gətirə bilər, amma kiçik şərtlərə xüsusi diqqət yetməyinizdə fayda var. Münasibətdə isə, daim idarə edən tərəf olmusunuz və artıq yorulmusunuzsa, bu barədə açıq danışmağın zamanı gəlib çatıb. Öz həyatınıza daha çox diqqət ayırmalısınız.

Oxatan bürcü:

Uğurlarınızla qürur duymalısınız, çünki zəhmətlə gördüyünüz hər iş öz bəhrəsini verməyə başlayacaq. Ətrafdakılar sizi ilhamverici şəxs kimi görür, lakin özünüz bu dəyəri hiss etmirsiniz. Bu gün özünüzə olan inamınız güclənəcək. Sevgidə isə, bu gün qarşılaşacağınız biri həyatınızda önəmli rol oynaya bilər.

Oğlaq bürcü:

Uzun müddətdir içinizdə daşıdığınız şübhələr bu gün daha aydın görünəcək. İş yerində verilən vədlərin reallaşmaması sizi yeni qərarlar almağa yönəldə bilər. Bu təcrübəni dərs kimi qəbul etməlisiniz. Əgər yeni bir istiqamətə getməyə hazırsınızsa, gecikməyin yeri yoxdur. Sevgidə isə, keçmiş münasibətə qayıtmaq cazibədar görünsə də, bu doğru seçim olmaya bilər. Qarşıda sizi daha yaxşı biri gözləyir.

Töhfə Səməd

tag: Astrologiya,Bürc,Gündəlik təqvim,Balans,Todaypress.tv,