Gün ərzində paytaxtın 555 küçəsi yuyulub, 400 Çezalpiniya kolu əkilib

Cəmiyyət

04.10.2025 17:01

Bu gün paytaxtın 555 küçəsi yuyulub, 400 Çezalpiniya kolu əkilib.

Bu barədə TodayPress TV-yə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən verilən məlumata görə bu gün, oktyabrın 4-də Bakı şəhər kommunal xidmətləri  tərəfindən paytaxtda növbəti dəfə həyata keçirilən genişmiqyaslı təmizlik işləri çərçivəsində küçə və yol kənarlarına, həyət və məhəllələrə yayılan tozun təmizlənməsi, mövcud yaşıllıqlara qulluq göstərilməsi həyata keçirilib.

Səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin kommunal təsərrüfat xidmətlərinin texnikası tərəfindən şəhərin 555 əsas küçə, prospekt və məhəllədaxili yolların yuyucu maddələrlə yuyulması təmin edilib. 

Həmçinin gün ərzində paytaxtın müxtəlif yerlərində 400 ədəd Çezalpiniya kolu əkilib.

TodayPress TV

Paytaxtın bütün rayonlarını əhatə edən bu işlər Bakı şəhərinin daha da gözəlləşdirilməsinə öz tövhəsini vermişdir.

tag: BŞİH,Təmizlik,Şəhər,Sanitar,Todaypress.tv,

photo
photo
photo
photo
photo
photo