FHN-in nümayəndələri panel sessiyada iştirak etdilər

Cəmiyyət

04.06.2025 15:30

Fövqəladə Hallar Nazirliyinin nümayəndələri Bakı Enerji Həftəsi çərçivəsində Bakı Ekspo Mərkəzində keçirilən 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisində təşkil edilmiş panel sessiyasında iştirak ediblər.

TodayPress TV xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Sessiyada iştirak edən FHN-in Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin rəis müavini Əkbər Quliyev, Nüvə və radioloji fəaliyyətə nəzarət şöbəsinin müdiri İlham Sadıqov və Nüvə və radiasiya təhlükəsizliyinin ekspertizası şöbəsinin müdiri Mətanət Qəhrəmanova “Karbon emissiyasının azaldılması istiqamətində nüvə enerjisinin rolu” və “Atom elektrik stansiyalarının istismarının ətraf mühitə təsiri” mövzularında təqdimatla çıxış ediblər.

Tədbirdə iştirakçıları maraqlandıran suallar Agentliyin nümayəndələri tərəfindən ətraflı cavablandırılıb.

tag: Fövqəladə Hallar Nazirliyi,Bakı Enerji Həftəsi, Yaşıl Enerji ,Sərgi,todaypress.tv,