Fərid Əhmədov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşdü

Fərid Əhmədov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşdü
21.06.2025 10:07 Cəmiyyət

Ədliyyə naziri Fərid Əhmədov “Yüksəliş” müsabiqəsinin Mentorluq Proqramı çərçivəsində dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri Eyyub Fətəliyev və Rüfət Məmmədxanlı ilə növbəti dəfə görüş keçirib. 

TodayPress TV xəbər verir ki, görüşdə dövlət idarəçiliyində liderlik, qərarvermə mexanizmləri, hüquq sistemində rəqəmsallaşma və innovativ yanaşmalar müzakirə olunub.

Mentor Fərid Əhmədov iştirakçılarla bilik və təcrübəsini bölüşərək onların inkişaf planlarına dair tövsiyələrini verib.

Müsabiqə qalibləri Nazirlik və struktur qurumlarında rəhbər vəzifəli şəxslərlə mütəmadi görüşlər keçirdiklərini bildirib, Mentorluq Proqramı çərçivəsində onların bilik və təcrübələrini, bacarıqlarını artırmaları üçün yaradılan şəraitdən razılıqlarını ifadə ediblər.

Görüşdə, həmçinin fərdi inkişaf planlarının icrası və Mentorluq Proqramının davamı olaraq növbəti görüşün təşkili ilə bağlı müzakirələr aparılıb.

“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsis edilib. Müsabiqənin qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı ilə təmin olunur və 20 min manatlıq mükafat qazanırlar.

Sayca beşinci “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 18 dekabr 2024-cü il tarixində müvafiq Sərəncam imzalanıb.

FOTOLAR

Fərid Əhmədov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşdü — 1
Fərid Əhmədov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşdü — 2
XƏBƏR LENTİ
31 MAY 2026
Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Bütün Xəbərlər