“Ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi üzrə” adlı iclas keçirildi
Cəmiyyət
30.07.2025 17:53
30 iyul 2025-ci il il tarixində Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Fiziki infrastruktur” işçi qrupunun “Ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi üzrə” altqrupun 2025-ci il üzrə prioritet vəzifələrə həsr olunan iclası keçirilib.
İclasda Komissiyanın Katibliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Azərişıq” ASC və digər dövlət qurumlarının məsul nümayəndələri, həmçinin özəl sektor və biznes assosiasiyalarının təmsilçiləri iştirak edib.
Görüş çərçivəsində altqrupa üzv olan qurumlar tərəfindən 2025-ci il üzrə Yol Xəritəsində nəzərdə tutulmuş tədbirlərin 6 aylıq dövr üzrə icra vəziyyəti barədə məruzə edilib, aktual məsələlərə dair müzakirələr aparılıb.
Bununla yanaşı, ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələri üçün zəruri infrastrukturun yaradılması sahəsində görülmüş işlərə dair təqdimatla çıxış edilib, həmçinin ekoloji təmiz və təhlükəsiz (yeni) nəqliyyat vasitələrinin əldə edilməsi və istifadəsi sahəsində maliyyə əlçatanlığının artırılması, rəqabət mühitinin inkişafı və dövriyyəsinin artırılması sahəsində görülmüş işlərə dair məlumat verilib.
Sonda 2025-ci il üçün Yol Xəritəsi üzrə icrası davam edən tədbirlər və qarşıda duran məsələlər müzakirə edilib, Yol Xəritəsinin icrası iqtiqamətində müvafiq tapşırıqlar verilib, iclas iştirakçılarının sualları cavablandırılıb.
tag: Ekoloji,Tədbir,İclas,Görüş,Todaypress.tv,