Daha bir itkin-şəhid dəfn olundu

Daha bir itkin-şəhid dəfn olundu
20.06.2025 15:48 Cəmiyyət

Qalıqları Xocavənd rayonunda tapılan Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Fuad Cəfər oğlu Ələsgərovun meyitinin qalıqları Tovuz rayonuna gətirilib.

TodayPress TV xəbər verir ki, şəhidin nəşi rayonun Ağbaşlar kəndində ailəsinə təhvil verilib.

Şəhidlə vida mərasimi keçirilib.

Qeyd edək ki, Fuad Cəfər oğlu Ələsgərov 1974-cü il martın 8-də Tovuzun Ağbaşlar kəndində anadan olub. O, 1993-cü il avqustun 31-də Füzuli rayonunun Kürdmahmudlu kəndi istiqamətində itkin düşüb.

F.Ələsgərov Ağbaşlı kənd qəbiristanlığında dəfn olunub.

(Report)

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər