Çimərliklərdə nəqliyyat sıxlığı: Nə etməliyik?
Cəmiyyət
14.07.2025 18:01
Yay mövsümündə çimərliklərdə nəqliyyatın sıxlığı müşahidə olunur ki, bu da bir çox vətəndaşların haqlı narazılığına səbəb olur.
Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov TodayPress TV-yə açıqlamasında bildirib ki, belə sıxlıq normal hal hesab olunsa da, burada əsas məsələ bunun tıxaca çevrilməməsidir.
“Eyni saatlarda yola çıxan nəqliyyat vasitələrini tənzimləmək asan məsələ deyil. Bu səbəbdən, alternativ parklama yerlərinin açılması nəzərdən keçirilə bilər. Amma bu da asan deyil, çünki çimərliklər bir-birinə çox yaxın yerləşir və əlavə yer açmaq digər sahələrə maneə yarada bilər”.
Ekspert qeyd edib ki, nəqliyyat axınının düzgün idarə olunması üçün təkcə dövlət qurumlarının deyil, vətəndaşların da məsuliyyətli davranması vacibdir. O, sürücülərə əvvəlcədən planlama aparmağı, alternativ yolları seçməyi və ictimai nəqliyyata üstünlük verməyi tövsiyə edib.
Türkan İsgəndərli
tag: Eldəniz Cəfərov,Ekspert,Çimərlik,Nəqliyyat,Todaypress.tv,
