Sabah hava küləkli olacaq

Cəmiyyət

28.09.2025 12:52

Sentyabrın 29-u Azərbaycanda hava şəraiti dəyişkən buludlu olacaq.

TodayPress TV  xəbər veir ki, Bakı və Abşeron yarımadasında havannın dəyişkən buludlu, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər şimal-qərb küləyi gün ərzində şimal-şərq küləyi ilə əvəz olunacaq. Gecə havanın temperaturu 14-17°, gündüz 19-23° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 761 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % təşkil edəcək.

Ölkənin rayonlarında əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Lakin gündüz bəzi şərq rayonlarında az çiskinli yağış ehtimalı var. Bəzi yerlərdə arabir duman müşahidə olunacaq. Şərq küləyi əsəcək. Gecə temperaturu 12-16°, gündüz 19-24° isti, dağlıq ərazilərdə gecə 2-6°, gündüz 10-15° isti olacaq.

Xatırladaq ki, hava şəraiti sabah üçün əsasən sakit keçəcək, lakin şərq rayonlarında az çiskinli yağış ehtimalı gözlənilir. 

TodayPress TV

tag: Hava şəraiti,TodayPressTV,