Bəzi rayonlarda şimşək çaxıb, leysan yağdı - FAKTİKİ HAVA

Bəzi rayonlarda şimşək çaxıb, leysan yağdı - FAKTİKİ HAVA
18.07.2026 11:19 Cəmiyyət

Azərbaycanın əksər rayonlarında hava şəraiti əsasən yağmursuz keçib, lakin gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda arabir şimşək çaxıb, leysan xarakterli intensiv yağış yağıb.

TodayPress TV xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin iyulun 18-i saat 10:00-a olan məlumatında qeyd edilib.

Düşən yağıntının miqdarı Qaxda (Sarıbaş) 29, Şəkidə 4, Gədəbəydə 2, Şahbuz, Sədərək, Daşkəsən, Tərtər, Mingəçevir, Yevlax, Neftçala, Qusar, Balakən, Zaqatala, Oğuz, Şahdağ, Lənkəran, Kəlbəcər, Laçın, Qubadlıda 1 mm-dir.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 33, Naxçıvan MR-da 35, Aran rayonlarında 37, dağlıq rayonlarda 25 dərəcəyədək isti müşahidə olunub.

TodayPress TV

XƏBƏR LENTİ
18 IYUL 2026
Bütün Xəbərlər