Azərbaycanda işləyən pensiyaçıların pensiyalarından tutulacaq?

Cəmiyyət

20.06.2025 11:35

Bəzi ölkələrdə işləyən təqaüdçülərin maaşından əlavə vergi tutulması ilə bağlı yeni qanunlar müzakirə olunur. 

Bəs Azərbaycanda da pensiya məbləğinə dəyişiklik edilə bilər?

Mövzu ilə bağlı TodayPress TV-yə danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, Azərbaycanda işləyən təqaüdçülərlə bağlı əlavə qanunlara ehtiyac yoxdur.

Onun sözlərinə görə, hazırda ölkədə işləyən təqaüdçülər üçün xüsusi hüquqi çərçivə və vergi rejimi mövcuddur:

"Bizdə işləyən təqaüdçülərlə bağlı xüsusi qaydalar mövcuddur. Onlar üçün xüsusi vergi rejimi tətbiq olunur. Ona görə də əlavə hansısa qanunların qəbul edilməsinə ehtiyac yoxdur.”

İqtisadçı qeyd edib ki, bu məsələ kifayət qədər həssasdır və cəmiyyətdə narazılığa səbəb ola bilər:    

“Məncə, bu həssas mövzudur, vətəndaşları da narahat edən bir məsələdir. Ona görə də düşünmürəm ki, Azərbaycanda bu mövzuda hansısa yeniliklərə ehtiyac var”.

Qeyd edək ki, hazırda Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən, işləyən təqaüdçülər digər vətəndaşlar kimi ümumi vergi rejiminə tabe edilir. Onların əməkhaqqından gəlir vergisi mənbədə tutulur və təqaüd status əsasında əlavə güzəşt nəzərdə tutulmur.   

Türkan İsgəndərli

tag: Natiq Cəfərli,iqtisadçı,Azərbaycan,Pensiya,Todaypress.tv,

photo